Məşhur psixoloq xoşbəxtliyi tapmağın sirrini AÇDI

Psixoloq Pyotr Qaliqabarov “Doctor Peter” onlayn nəşrinə bədəndəki “xoşbəxtlik hormonlarını” öldürən səbəbləri açıqlayıb.

Həkimin sözlərinə görə, bəd düşünmək vərdişi bədənimizdəki hormonların sintezini pozur.

Psixoloq insanlara bir neçə ifadəni həmişəlik fikirlərindən çıxarmağı tövsiyə edib. Məsələn, “Başqalarını bəyənmirəm”, “İnsanlar mənim haqqımda pis düşünür”, “Əsəbiləşməmək üçün başqaları ilə ünsiyyətdə olmamaq daha yaxşıdır”, “Heç nə yaxşı olmayacaq”, “Mən uduzmuşam, yeni münasibət qurmağa çalışmağın mənası yoxdur”, “Məni qarşıda maraqlı heç nə gözləmir”, “Dünya çox darıxdırıcıdır”, “Mən layiq deyiləm” və s.

Mütəxəssisin fikrincə, insan öz qabiliyyətinə, xarici görünüşünə şübhə etməməlidir. Qaliqabarov əlavə edib ki, insan çətinliklərə təslim olmamalı və yeni bir şey sınamağı özünə qadağa qoymamalıdır.

 

Psixoloqun sözlərinə görə, yanlış psixoloji düşüncələr çox vaxt insanın xoşbəxtliyini tapmasına mane olur. Çox vaxt onlar uşaqlarda böyüklərin təsiri nəticəsində yaranır. Valideynlər uşağa hər şeyi hamıdan yaxşı etməyə məcbur etsələr, çox güman ki, həyatın qalanını özü də fərqində olmadan dələ kimi təkərdə qaçacaqlar. “Onun özünü xoşbəxt adlandırmaq ehtimalı çox azdır”, – ekspert bildirib.

Psixoloqun fikrincə, xoşbəxtlik hormonu – serotonin çatışmazlığı insanlara uğur qazanmağa mane olur. Bundan əlavə, bu, ətrafdakılarla müsbət ünsiyyət zamanı əmələ gələn oksitosin, eləcə də insanın özündə yeni bir şey kəşf etməyə kömək edən dopamin çatışmazlığı ola bilər. “Fikirlərinizi dinləmək və onları düzgün ifadə etmək vacibdir. Duyğulara və xoşbəxtlik hissinə təsir edən onlardır”, – mütəxəssis vurğulayıb.

Oxşar xəbərlər