Medvedyev: “Avropa rus qazı olmadan 1 həftə belə davam gətirə bilməz”

Avropa rus qazı olmadan heç 1 həftə davam gətirə bilməz.

SOSİUM.az-ın “Ria Noviosti”yə istinadla xəbərinıə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.

Medvedyev bildirib ki, Avrokomissiya Avropa ölkələrinə Rusiya qazına görə ödəniş mexanizmi barədə sənəd göndərib.

“Məqsəd Rusiyaya qarşı sanksiyaların pozulmaması idi. Sənəddə göstərilir ki, Rusiya prezidentinin 31 mart tarixli fərmanında göstərilən ödəniş qaydası işə Rusiya Mərkəzi Bankının cəlb edilməsini nəzərdə tutur ki, bu da sanksiyalara ziddir. Həm də Avrokomissiyanın sənədində deyilir ki, hələlik sanksiyaları pozamadan qaza görə ödəniş etmək mümkündür. Biz Avropalı tərəfdaşlarımızın prinsipallığını qiymətləndiririk. Ələxsus da, BVF bildirir ki, Avropa rus qazı olmasa ən çoxu 6 ay keçinə bilər. Ciddiliyə qalsa, heç bir həftə də davam gətirməz” – deyə Medvedyev Teleqram səhifəsində bildirib.

Oxşar xəbərlər