“Müəllimlər maaşın ümidinə qalsalar, çətinliklə yaşayarlar” –Repetitorluq problemi

“Nazirdən fərqli olaraq düşünürəm ki, repetitorlar abituriyentlərin göstəricilərinə çox güclü təsir edir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq, ADPU-nun dosenti İlham Əhmədov deyib.

“Nazirlik repetitorluğun ləğvi haqqında düşünməli, xüsusən yuxarı siniflərdə normal tədrisi ( 30 il əvvəl olduğu kimi), yenidən qurmalıdır.

Repetitorluq məktəbdə təhsil sisteminin çökməsinə xidmət edir. Ölkəmizdə elə bir fikir formalaşıb ki , repetitor yanına getməyən abituriyentin universitetə qəbul olma şansı yoxdur. Hər şagirdin 2 il repetitorların yanına getməsi ailə üçün 10.000 -15.000 manat itkidi. Ola bilər ki, şagird zəif olduğu bir fəndən repetitora müraciət etsin. Lakin elə abituriyentlər olur ki, 9-cu sinifə kimi heç nə oxumurlar, sonra isə repetitorlara müraciət edirlər . Belə olduqda təhsilin keyfiyyətindən söhbət gedə bilməz.

Sonda o qeyd edib ki, “repetitorluğun ən yaxşı cəhəti müəllimin maddi vəziyyətinin yaxşılaşdırlmasına xidmət etməsidir. Çünki müəllimlər onlara verilən maaşın ümidinə qalsalar, çox çətinliklər yaranar”.

Oxşar xəbərlər