Artezian suyunu qablaşdırıb əhaliyə pulla satırlar -İDDİA

Havalar isindikcə ölkəmizdə içməli su satışı da genişlənir. İnsanlar da qablaşdırılmış sulara böyük maraq göstərirlər. İstər marketlərdən alınan, istərsə də evlərə çatdırılan sularla bağlı narazılıqlar səslənir. Bəzi hallarda isə onların kran suyundan fərlənmədiyi bildirilir. Bu sulların bəzilərinin harda qablaşdırılması, necə təmizlənməsi isə bəlli deyil. Dəfələrlə dövlət qurumları tərəfindən qanunsuz su qablaşdıran məntəqələr aşkarlanıb.

Doğrudanmı, şüşələrə doldurulmuş kran suyunu mağazadan pulla alıb içirik?

SOSİUM.az xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a danışıb.

E.Hüseynov əksər sahələrdə olduğu kimi, bu sahədə də istehlakçıların aldadıldığını, hüquqlarının qorunmadığını vurğulayıb:

“Təmizlənmiş su adı altında satışa sular çıxarırlar. Elm hələ aşkar etməyib ki, hansı orqanizmə hansı tərkibli su uyğundur. Suyu araşdırmaq üçün onun 300 parametri araşdırmalıdır. Səhv fikirdir ki, bulanıq su içəndə böyrəkdə daş əmələ gəlir. Suyun ilahiliyini dərk etmək lazımdır, mən isə onu dərk etmişəm. Neçə ildir ki, avtomobil yuma məntəqələrində avtomobil yuduzdurmuram. İçməli su ilə avtomobil yuduzdurmaq nadanlıq, axmaqlıq əlamətidir. Azərbaycanda bu hal davam edir. “Azərsu”da ictimai şuranın üzvü olaraq dəfələrlə məsələni qaldırmışam ki, mütləq avtomobil yuma məntəqələrinin sayı azaldılmalıdı. Elə iş aparmaq lazımdır ki, onlar sudan səyyar istifadə etsinlər. Təəssüflər olsun ki, ölkədə böyük su israfçılığı var, amam bunu çox az adam dərk edir”.

O qeyd edib ki, ölkənin əmətəə bazarında 1litri 9 manata, 40 qəpiyə təklif edilən sular var:

“Əhali zəng vurub deyir ki, litri 9 manata olan suyun tərkibində də H2O var, niyə bu qədər baha satılır? Məsələ sadəcə istehsalçıları manipulyasiya etmək, aldatmaqdır. Su filterçiləri deyilən 20 nəfərə yaxın cəmiyyət var ki , kənbəkənd, şəhərbəşəhər düşüblər çöllərə guya suyu filtirləyib satırlar. Təəssüflər olsun ki, Azərsu buna izləyici mövqeyindən baxır. Suyun keyfiyyət məsələsi ilə heç kəs məşğul olmur”.

Hüquq müdfiəçisi bildirib ki, quyu suyunu, artezan suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edənlər də var:

“Qida Təhlükəsizlik Agentliyi qidaların, o cümlədən suyun təhlükəsizliyini təmin etməlidir. Yəni suyu içdiyimiz yerdə zəhərlənib ölməyəcəyimizə təminat verməlidir. İqtisadiyyat Nazirliyinə tabe olan Standartlaşdırma İnsitutu da səsini çıxarmır. Bütün sahələrdə olduğu kimi suyun keyfiyyət məsələsində də susmaq mövqeyini tutublar. Bəzən quyu suyunu, artezan suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edirlər. Qeyd edim ki, eyni su ailədəki 5 nəfərin 1-nə mənfi təsir edə bilər və ya əksinə. İstehlakçılara məsləhət görürəm ki, suyu daimi dəyişib içsinlər. Ən brend suların saxta variantları da var. Su da iysiz, dadsız olduğu üçün istehlakçı saxta suyu tanımır. İstehlakçılar su alan zaman onun etiketini yaxşı oxumalıdırlar, qablaşdırmasına diqqət etməlidirilər”.

Oxşar xəbərlər