Müharibə Ukrayna valyutasına necə təsir edir? – Rəylər

Ukraynada müharibənin davam etməsi dollara təsir edəcək.

 

Ukraynada davam edən müharibə səbəbindən mütəxəssislər valyuta ilə bağlı öz proqnozlarını açıqlayıb.

 

Ekspertlər Ukraynada müharibənin bundan sonra da davam etməsi ilə daxili valyuta bazarına təsir edəcəyini söyləyib. Onların sözlərinə görə, Ukraynada yaxın günlərdə qrivnanın devalvasiyası və ya əksinə, revalvasiyası gözlənə bilər.

 

İqtisadi ekspert Daniil Moninin fikrincə müəssisələrin bir çoxu artıq iflasa doğru gedir:

 

“İxrac çox məhduddur və müəssisələr iflasa uğramaqda davam edir. Buna görə də mallar getdikcə daha çox idxal olunacaq, xüsusən də yerli istehsal indi raket zərbələri qarşısında fiziki təhlükə altında qalıb”, – deyə o bildirib.

 

Maliyyə eksperti Boris Kuşniruk isə, qrivnanın güclənəcəyini iddia edir:

 

“Ukraynaya getdikcə daha çox qaçqın geri qayıdıb, bununla da Ukraynada valyuta dəyişəcək. Ona görə də istisna etmirəm ki, yaya qədər valyutadəyişmə məntəqələrində qrivna dollara nisbətdə möhkəmlənəcək”.

Oxşar xəbərlər