Bu qədər gəlir vergisi yığılıb – CƏDVƏL

Azərbaycanın dövlət büdcəsinə 2020-ci ildə 9,991 mlrd. manat məbləğində vergi gəlirləri (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə) daxil olub. Bu, 2019-cu illə müqayisədə 4% azdır.

SOSİUM.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Vergi növlərinə gəldikdə, dövlət büdcəsinin vergi gəlirlərinin əsasını ƏDV və gəlir vergləri təşkil edib. Belə ki, ötən il büdcəyə ƏDV-dən və gəlir vergisindən daxil olan vəsaitlərin həcmi müvafiq olaraq 4,818 mlrd. manat və 3,503 mlrd. manat təşkil edib. Bu, büdcənin ümumi vergi daxilolmalarının 48,2%-nə və 35%-nə bərabər olub.

Dövlət büdcəsinin vergi gəlirlərinin strukturu:

Vergi növləri

Məbləğ, mln. manat

Vergi gəlirlərində pay

İllik dinamika

ƏDV

4 818,33

48,2%

-7,1%

Gəlir vergisi (hüquqi şəxlər)

2 351,72

23,5%

-7,6%

Gəlir vergisi (fiziki şəxslər)

1 150,97

11,5%

20,9%

Aksizlər

BOSCH Azerbaijan

898,21

9%

5,1%

Sadələşdirilmiş vergi

308,88

3,1%

-13,9%

Əmlak vergisi (hüquqi şəxlər)

186,77

1,9%

-12,2%

Mədən vergisi

130,19

1,3%

-2,7%

Yol vergisi

104,86

1%

-11,8%

Torpaq vergisi

40,81

0,5%

-18,4%

Oxşar xəbərlər