NASA müsabiqə elan etdi: 26 min dollar verəcəklər

NASA-nın 26 min dollarlıq mükafat yarışması başlayır.

SOSİUM.az xarici mediaya istinadən xəbər verir ki, NASA hər kəsi builki “CineSpace” qısametrajlı film müsabiqəsinə dəvət edib.

Qeyd edilir ki, yarışmaya istər təcrübəli rejissorlar, istərsə də yeni başlayanlar müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müəyyən şərtlərə əməl edilməlidir.

Müddəti 10 dəqiqədən artıq olmayan və ən azı 10 faizi NASA-nın arxiv görüntüləri istifadə edilən beş müxtəlif film göndərilməlidir. Qeydiyyatdan keçmək üçün https://tongal.com/project/Cinespace2022#tab-awards–cinespace-video-submission linkinə keçid edərək hesab açılmalıdır.

Daha sonra ərizə formasını doldurduqdan sonra filmləri yükləmək olar.

NASA və Hyuston Kino Sənəti Assosiasiyası tərəfindən təşkil edilən müsabiqə üçün müraciətlər 15 iyul 2022-ci il tarixinədək açıq olacaq.

Oxşar xəbərlər