Nazirlər təyyarədən enərkən partlayış oldu

Yəməndə yeni hökumətin kabinet üzvləri ölkəyə gələn anda ard-arda partlayışlar baş verib.

SOSİUM.az-ın məlumatına görə, nəticədə, çoxlu sayda insan ölüb və yaralanıb.

Hadisə yeni hökumət üzvlərinin təyyarə ilə Aden hava limanına endiyi an yaşanıb. Nazirlər təyyarənin pilləkənlərində olduğu an ard-arda partlayışlar olub.

Əraziyə hava hücumunun təşkil edildiyi deyilir.

Oxşar xəbərlər