“Novartis” əməkdaşlarını ixtisar edir

İsveçrənin Novartis əczaçılıq şirkəti kütləvi ixtisarlara hazırlaşır.

Artıq bütün əməkdaşlar bu barədə məlumatlandırılıb.Şirkət düya üzrə 108 000 əməkdaşın 8 000 nəfərini ixtisar edəcək. Bəzi bölmələr ümumiyyətlə bağlanacaq. Ən ciddi azalma Bazeldəki baş ofisdə və zavodda həyata keçiriləcək. İsveçrədəki 11 600 əməkdaşın 1400-ü işini itirəcək. Şirkət strukturun yenidən təşkili yolu ilə yaxın 2 ildə 1 milyard dollar vəsaitə qənaət etmək istəyir.

Oxşar xəbərlər