“O, hörmətli adam idi, gərək ki belə etməyəydi”

Xəbər verdiyimiz kimi sabiq deputat Hüseynbala Mirələmovun yayılan məlum videosu iki gündür ki, müzakirələrə səbəb olub.

SOSİUM.az xəbər verir ki, məsələyə münasibət bildirən tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov moderator.az-a açıqlamasında hadisədən təəssüfləndiyini bildirdi:

“Hüseynbala müəllim hörmətli adamdı, gərək belə etməyəydi. Bu ağsaqqal adama yaraşmayan hərəkətdir. Deyilənə görə həmin qadın da ailəlidir. Axı kiminsə ailəsində bu cür problem yaratmaq nəyə lazım idi. Bunu çəkib sosial şəbəkələrdə paylaşanları da qınayıram. Bu düzgün addım deyil. Gərək Hüseynbala müəllim də belə şeyləri nəzərə alaydı. Hüseynbala, niyə belə elədin? Əkini dinc tutaydın da. Görüntülərdən də görünür ki, o, kiminləsə danışır və əlini xanıma tərəf uzadır. Çox təəssüf, ölkə ziyalısının bu cür hərəkəti adamı məyus edir”.

Oxşar xəbərlər