OPEC-in Baş katibi: “Neft və qaz sənayesi risk altındadır”

Neft-qaz sənayesi bir çox istiqamətlərdə problemlərlə üzləşib. O, illərlə qlobal sərmayə çatışmazlığının girovuna çevrilib ki, bu da bazarda məhdud təklifə gətirib çıxarıb.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo bildirib.

“Bu, indi və uzunmüddətli perspektivdə investisiya potensialını təhlükə altına qoyur. Bütün neft və qaz sənayesi risk altındadır”, – Məhəmməd Barkindo Nigeriyanın paytaxtında keçirilən enerji konfransı zamanı qeyd edib.

Məlumatda vurğulanır ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı nəticəsində bir çox ölkələr enerji daşıyıcılarının bahalaşması qarşısında həssas vəziyyətdə qalıblar.

Oxşar xəbərlər