Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

SOSİUM.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Oxşar xəbərlər