Nəvaz Şərifin qardaşı dövlətin rəhbəri seçildi

Pakistan parlamenti ölkəyə yeni Baş nazir seçib.

SOSİUM.az   xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.

Məlumata görə, ölkənin müxalif Pakistan Müsəlman Liqası partiyasının rəhbəri Şahbaz Şərif Baş nazir seçilib.

Xatırladaq ki, 70 yaşlı Şahbaz Şərif Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır. N.Şərif 1990-1993, 1997-1999, 2013-2017-ci illərdə Pakistanın Baş naziri vəzifəsində çalışıb. Bununla yanaşı, 1985-ci ildən 1990-cı ilə qədər Pəncab əyalətinin Baş naziri olub.

Fotoda Nəvaz Şərif

Oxşar xəbərlər