“Pandemiya zamanı yazılan cərimələr ləğv olunmalıdır”

“Azərbaycana gələrkən uçuşdan əvvəl 72 saat ərzində koronavirusun mənfi nəticəsinə dair PCR testinin təqdim olunması tələbi ləğv olunmalıdır”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

O, bildirib ki, pandemiya ilə bağlı bağlanan Azərbaycanın quru sərhədləri açılmalı, ölkəyə turistlərin gəlişinə şərait yaradılmalıdır.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanda pandemiya zamanı vətəndaşlara yazılan cərimələr də ləğv olunmalıdır: “Bizdən kasıb olan ölkələr – məsələn, Gürcüstanda bu cərimələr ləğv olundu”.

Oxşar xəbərlər