Paşa Bank-da 42 milyard AZN dövriyyə olunub”

“Ötən il “Paşa Bank”ın müştərilərinin hesabları üzrə 42 milyard manat vəsait dövriyyə olunub”.

SOSİUM.az xəbər veirr ki, bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı “Paşa Bank” ASC-nin Baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

O bildirib ki, bu gün “Paşa Bank”ın hüquqi şəxslərin bankla ünsiyyətinin 92 %-i rəqəmsal kanallar vasitəsi ilə aparılır, kiçik və orta sahibkarlıqda isə bur rəqəm artıq 99,6 %-ə çatıb:

“Müşahidələrimizə əsasən, son dövrlərdə real sektorda rəqəmsal xidmətlərə tələbat artır. Biz 2021-2023-ci illər ərzində strategiyamıza əsasən inkişaf fəaliyyətimizi qərar vermə sistemləri üzərində quracağıq, çünki buna da tələbat böyükdür.

“Paşa Bank” 2018-ci ildən kiçik və orta sahibkarlıq seqmentinə xidmət göstərməyə başladı, hazırda aktiv müştərilərimizin sayı 1,4 mindən 9 minə, kredit portfelimiz 20 milyon manatdan 160 milyon manata çatıb. Buna isə biz rəqəmsalllaşma sayəsində nail ola bildik”.

Oxşar xəbərlər