Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 324 nəfər vaksinasiya olunub.

SOSİUM.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 371, ikinci doza vaksinlərin sayı 372 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 302-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 279 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 684 752, birinci doza peyvəndlərin ümumi sayı 5 343 567, ikinci doza vaksinlərin sayı 4 843 793 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 254 508, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 242 884 olub.

Oxşar xəbərlər