F.T.Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
SOSİUM.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov “Dostluq” ordeni ilə təltif edilsin.