“Belarusda seçkilər baş tutub” – Putin

Rusiya Prezidenti Vladimir Putin Belarusda keçirilmiş seçkiləri baş tutmuş hesab etdiyini bildirib.

SOSİUM.az xəbər verir ki, bu barədə dövlət başçısı “Rusiya-1” telekanalına müsahibəsində danışıb. “Biz seçkilərin baş tutması faktından irəliləyirik”, – deyə Putin bildirib.

Qeyd edək ki, Vladimir Putin avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkidəki qələbə münasibətilə təbrik etmişdi.

Ölkədə isə kütləvi etiraz aksiyaları davam edir, etirazçılar seçki nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər.

Oxşar xəbərlər