Putin bu tarixdə müharibəni bitirəcək

Rusiya prezidenti Putinin işğalın başa çatması üçün verdiyi tarixin bəlli olduğu iddia edilib.
SOSİUM.az xəbər verir ki, Qərb mənbələri Rusiya liderinin işğalın sona çatması üçün seçdiyi tarixi və bunun kritik səbəbini açıqlayıb.
Qeyd edilir ki, Rusiya lideri generallarına mayın 9-dək müharibəni bitirməyi əmr edib.

Bundan başqa, qeyd edilir ki, Ukrayna baş nazirinin müavini Rusiyanın son günlərdə bütün hərbi resusrlarını Donbasa yönəldəcəyini bildirib. O, buradakı mülki şəxslərin ərazini tərk etməli olduqlarını bildirərək xalqa xəbərdarlıq edib.
“İnsanların həyatı təhlükə altında olacaq və bizim girib onları xilas etmə şansımız olmayacaq. Bu səbəbdən indidən mülki şəxslərin bölgəni tərk etməyə səsləyirik. Bu, artıq ölüm-qalım məsələsidir” deyə İrina Vereşçuk bildirib.
AZXEBER.COM

Oxşar xəbərlər