Qadağandır, amma Bakıda almaq olur -VİDEO

Mayın 1-dən balıq ovuna qadağa qoyulsa da, hələ də satışı həyata keçirilir. Bəs bu balıqlar hardan gətirilir və satışına icazə verilirmi? Bax bunları öyrənmək üçün üz tutduq bazara.

Satıcıların sözlərinə görə, piştaxtalardakı balıqların əksəriyyəti xüsusi yetişdirilən və xaricdən gətirilən məhsullardır.

Mövsümə məhəl qoymayıb, balıq alanlar da kifayət qədərdir.

Satıcılar həmçinin deyirlər ki, balıq ovuna qoyulan qadağa qiymətlərin enməsinə şərait yaradıb.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, balıq və balıqçılıq məhsulları qida zəncirində xüsusi risk qrupuna aiddir və onların qanunsuz satışına ciddi nəzarət var. Agentlikdən həmçinin vurğulandı ki, ansisanitar şəraitdə və məişət sənədi olmadan satılan balıq məhsulları ilə bağlı da müvafiq tədbirlər görülür.

Oxşar xəbərlər