“Rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər müzakirə olunur”.
SOSİUM.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.
O qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq: “Bakı, Sumqayıt və Abşeronda yoluxma səviyyəsi yüksəkdir. Rayonlara gediş-gəlişin məhdudlaşdırılması da bundan irəli gəlir. Gediş-gəlişin açılması təmasları, yoluxma səviyyəsini artıra bilər. Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”.