“Rusiya ilə ABŞ-ın münasibəti zəif olacaq”

“Rusiya ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən sonra ABŞ-la ikitərəfli münasibətlərdə dinamik bir inkişafa ümid edə bilməz”.

SOSİUM.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin “Rusiya – ABŞ: Qlobal Kontekstdə Qarşıdurma və Qarşılıqlı Təsir” mövzusunda keçirilən iclasda deyib.

“20 yanvar 2021-ci ildən sonra Ağ Evdə kim olacaqsa, mən Rusiya-Amerika münasibətlərinin dinamik şəkildə düzələcəyinə ümid etmək üçün bir səbəb görmürəm.

Həm ABŞ dövlət doktrinasında, həm də qanunverici akt və təşəbbüslərdə yer alan və Konqresdən keçən Rusiyaya qarşı ətalətli münasibət və ən əsası amerikan meynstrimində müasir Rusiyaya münasibətdə tamamilə üst-üstə düşən baxışlar, ən azı orta müddətdə yuxarı istiqamətdə inkişafa dair heç bir şans qoymur”, – deyə Ryabkov qeyd edib.

Oxşar xəbərlər