Rusiya Gürcüstanla quru sərhədini açdı

Artıq Gürcüstana getmək üçün əsaslandırma tələb olunmur

Rusiya Gürcüstanla quru sərhədini açıb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında sərəncam dərc olunub.

Sənədə əsasən, artıq quru sərhədlərindən Gürcüstana getmək üçün əsaslandırma tələb olunmur.

Qeyd edək ki, bunədək Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Sözügedən məhdudiyyətlər Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı ilə tətbiq edilib ki, bu da koronavirus pandemiyası ilə əlaqədar avtomobil, dəmir yolu, piyada və digər keçid məntəqələrində nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb.

Oxşar xəbərlər