Rusiya Türkiyədən meyvə-tərəvəz məhsullarının idxalına icazə verib

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən bibər, nar, üzüm, qreypfrut və portağal idxalına qoyulmuş məhdudiyyəti aradan götürüb.

 

SOSİUM.az xəbər verir ki, xidmətin mütəxəssisləri Türkiyənin müvafiq orqanları ilə ərzaq məhsullarında pestisidlərin miqdarına nəzarət olunması, əvvəllər aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə danışıqlar aparıblar.

 

“Rospotrebnadzor”un ekspertləri Türkiyəyə səfər edərək, meyvə-tərəvəz məhsullarının istehsalı və ixracı mərkəzlərində yoxlama aparıb, zərərli maddələrin miqdarının icazə verilmiş səviyyə uyğunluğuna əmin olublar.

Oxşar xəbərlər