Rusiya Ukraynada əməliyyatın ikinci mərhələsinə başlayıb

Rusiya Ukraynada həyata keçirdiyi hərbi əməliyyatın ikinci mərhələsinə başlayıb.

Bu barədə məlumatı Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanının müavini, general-mayor Rüstəm Minnekaev açıqlayıb.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın ikinci mərhələsi iki gün əvvəl başlayıb. O bildirib ki, ikinci mərhələdə Rusiya ordusunun əsas tapşırıqlarından biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarəti ələ keçirməkdir.

Minnekaev həmçinin qeyd edib ki, Donbas üzərində nəzarəti təmin etmək Krıma quru yol ilə dəhliz yaratmağa imkan verəcək.

Oxşar xəbərlər