Rusiyada özəl klinikalar qiymətləri 20% qaldıracaq – Dalğa başladı…

Rusiya özəl klinikalarının xidmətləri idxal olunan avadanlıq və istehlak materiallarının çatışmazlığı səbəbindən 20%-ə qədər bahalaşa bilər – bəzi istehlak materiallarının qiymətləri 300% artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Vedomosti” klinika nümayəndələrinin sorğusunun nəticələrinə istinadən yazır.
“Dr.Shipkov Dental Clinic”in təsisçisi Vladimir Şipkovun sözlərinə görə, may ayında stomatoloji klinikanın qiymət cədvəli 20% bahalaşacaq.
Onun sözlərinə görə, yekun rəqəm qarşı tərəflərdən, valyuta məzənnələrindən, siyasi və iqtisadi amillərdən asılı olacaq.
Şipkov əlavə edib ki, stomatologiyanın premium seqmenti 90% istehlak materialları və komponentlərin idxalından asılıdır və bəzilərinin qiymətinin qalxması 20%-dən 300%-ə qədərdir.
Skandinaviya Sağlamlıq Mərkəzinin baş direktoru Natalya Xlevnyuk bildirib ki, yaxın gələcəkdə klinikalar qaldırılmış qiymətlərlə istehlak materiallarının alınmasının öhdəsindən gəlməli olacaq.
Onun sözlərinə görə, istehlak materiallarının əhəmiyyətli rol oynadığı xidmətlər ən azı 20% bahalaşacaq, lakin şirkət onları məhdudlaşdırmağa çalışacaq. O qeyd edib ki, xüsusilə klinikalar ştatı optimallaşdırmağa və rəqəmsallaşmaya başlayacaq.
Dr.Shipkov Dental Clinic-dən Şipkov gözləyir ki, yeni şərtlər istehlakçılar üçün kəskin rəqabətə və nəticədə marketinq və qiymət müharibələrinin artmasına gətirib çıxaracaq.
Nəticədə iri şəbəkələrlə rəqabət apara bilməyən fərdi ofislər və kiçik mini klinikalar bazarı tərk edə bilər, – bu barədə bazar iştirakçıları deyirlər.

Oxşar xəbərlər