Rusiyadan rublla limitsiz pulköçürmə mümkündür – VİDEO

Rusiyada bir müddətdir ki, dollar ilə pulköçürmələrə limit qoyulub. İcazə verilən maksimum məbləğ 5 min dollardır. Lakin hazırda rublla həyata keçirilən proseslərdə hər hansı bir məhdudiyyət yoxdur.
İqtisadçı Rəşad Həsənov deyib ki, Rusiyanın valyuta bazarında qıtlıq müşahidə olunur. Bu isə rublun məzənnəsini əhəmiyyətli dərəcədə zəiflədir. Məhz bunun qarşısını almaq üçün Rusiya hökuməti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Rublun xaricə köçürülməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması da müvafiq tədbirlərin tərkib hissəsidir.
Ekspert əlavə edib ki, hazırda Azərbaycanın əksər bankları rublu aşağı məzənnə ilə qəbul edir. Məsələn, bu gün üçün Mərkəzi Bankda 1 rublun dəyəri 2,1 qəpik müəyyən edilsə də, kommersiya banklarında bu rəqəm 1,9 qəpikdən 0,5-ə qədər azalır. Yəni bankların məzənnələri arasında 4 dəfəyə qədər fərq var.
Onun sözlərinə görə, burada marja da çox yüksəkdir. Məsələn, bir rublu 1,9 qəpiyə alan banklar onun satışını 2,3-2,4 qəpiyə təklif edirlər.Bunun əsas səbəbi də risklərin yüksək olmasıdır.
Mvzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər