Rusiyanın hərbi itkiləri açıqlanıb

Ukraynada Rusiya tərəfi təxminən 36 350-yə qədər canlı qüvvə itirib.

SOSİUM.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1594 tankı, 3772 zirehli döyüş maşını, 806 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 105 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 187 helikopteri, 2634 avtomobil texnikası və yanacaq çəni, 15 gəmi/kateri, 660 dronu, 65 xüsusi avadanlığı, 144 qanadlı raketi məhv edilib.

Oxşar xəbərlər