Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları bunu etməməyə çağırdı

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb.

SOSİUM.az-ın xəbərinə görə, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: “Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır”.

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: “22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır”.

Oxşar xəbərlər