Səlcuq Bayrakdar kimdir? – UĞUR HEKAYƏSİ

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qələbəsində ölkəmizin yanında olan əsas dövlət qardaş Türkiyə oldu. Etiraf etmək lazımdır ki, Türkiyə istehsalı olan silahlardan, o cümlədən “Bayraktar”dan istifadə ölkəmizə böyük üstünlüklər qazandırdı.

SOSİUM.az bu məqalədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın barəsində bəhs edəcək. Qeyd edək ki, aprel ayının 1-də S.Bayraktarı “Qarabağ ordeni” ilə təltif etdi.

Səlcuq Bayrakdar kimdir?

Əslən Trabzondan olan Selçuk Bayraktar 7 oktyabr 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir – Canan cütlüyünün ikinci övladı olaraq anadan olub.

Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir.

Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlayıb, ardınca Robert Kollecinə daxil olub, 1997-ci ildə isə oranı bitirib. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsinə daxil olub. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət qarşılanıb. Təcrübə müddətində təqaüd verildikdən sonra 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamlayıb.

Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirib. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb.

Təhsilinin ardından 2007-ci ildə Türkiyəyə dönüb. Ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb. Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb.

Komandası ilə yaratdığı Bayraktar TB2 pilotsuz uçuş aparatlarını Türkiyə Ordusu PKKya qarşı hərbi əməliyyatlar, Suriyada vətəndaş müharibəsi, Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə edilib. Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın yaradıcısı olub. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yradılmasında xüsusi əməyi keçib.

Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün Teknofest festivalının təşkilatçısı olub.

Çinin Uhan əyalətində yayılan Covid-19 virusuna qarşı 22 Mart 2020 tarixində Türkiyədəki Bayraktarın şəxsi Twitter hesabından respirator istehsalına texniki dəstək verəcəyini açıqlayıb. Arçelik, ASELSAN, Baykar Makina və BIOSYS tərəfindən həyata keçirilən iki həftəlik tədqiqat müddətinin ardından istehsalı planlaşdırılan 5000 tənəffüs cihazından ilk 100 ədədi 20 aprel 2020-ci ildə Başakşəhər Şam və Sakura Şəhər Xəstəxanasının açılışında təqdim edilib.

Oxşar xəbərlər