“Sənaye Sığorta”nın rəhbərliyində dəyişiklik edilib

11 may 2022-ci il tarixində “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

SOSİUM.az xəbər verir ki, gündəlikdəki əsas məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə heyətinin tərkibində dəyişiklik edilməsidir. Yığıncaqda digər məsələlər də müzakirə ediləcəkdir.

Yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122, “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində keçiriləcək.

Hazırda “Azərbaycan Sənaye Sığorta” ASC-də İdarə Heyətinin sədri Orxan Oqtay oğlu Əfəndiyev, İdarə Heyəti Sədrinin müavinləri Afaq Nazim qızı Cəbrayılova və Samir Rəhbər oğlu Məmmədovdur.

11 milyon manat nizamnamə kapitalına malik olan“Azərbaycan Sənaye Sığorta”nın səhmdarları “Anadolu İnvestment Company” (95%) və “Azərbaycan Sənaye Bankı”dır (5%).

Oxşar xəbərlər