Sərtləşən ABŞ dolları rəqiblərini “diz üstə oturdur”

→ Yapon pulu son 20 ilin minimumuna düşür
→ Paritet məzənnə aktuallaşır: 1 dollar 1 avro

Bu gün Yaponiya Maliyyə Nazirliyinin yenanı “həddən artıq zəiflətməsi” ilə bağlı xəbərdarlığına səbəb olan Yaponiya Mərkəzi Bankının (BOJ) ultra yumşaq monetar siyasətinin gücləndirməsi nəticəsində dollar 2002-ci ildən bəri ilk dəfə 130 yen əsas səviyyəsini də keçdi.

Bəzi bazar fərziyyələri var idi ki, Yaponiya Bankı valyuta bazarlarında təzyiq yaratmağı nəzərə alaraq bir az geri addım atıb yenaını bir qədər dəyər itkisinin qarşısını alsın, lakin heç bir tərəddüd etmədi. Ölkədə 2015-ci ilin dekabrından müəyyən etdiyi sıfırın altında 0.10% uçot dərəcəsini gözlənildiyi kimi dəyişməz saxladı.

Bununla Yaponiya tənzimləyicisi aydın mesaj verdi ki, o, ucuz yen tərəfdarıdır.

Yaponiya Bankı tərəfindən başlanan satış, dolların 2%-ə yaxın və 131 yen səviyyəsinə yüksəldiyini, 20 ilin ən yüksək səviyyəsinə çıxardı. Maliyyə Nazirliyinin rəsmisi “valyuta hərəkətlərində həddindən artıq volatilliyə” qarşı xəbərdarlıq etdikdən sonra yen bəzi itkilərini bərpa edə bilib. Hazırda USD/JPY cütlüyü 130.50 səviyyəsindədir. Bu da bağlanışdan 1.62% bahadır.

BOJ-nin sıfır dərəcə proqramına sadiqliyi okeanın o tayındakı rəqibi ABŞ-ın Federal Ehtiyat Sistemi ilə ziddiyyət təşkil edir. FED təkcə üç iclasda 150 baza bəndi (1.5 faiz bəndi) yüksəldəcəyini proqnoz edirlər.

İki mərkəzi bank arasındakı siyasət fərqi 103.70-ə qədər yüksələn dollar indeksini artırıb. Bu da son beş ilin ən yüksək göstəricisi və 2002-ci ildən bəri ziyarət olunmayan səviyyələrdən sadəcə bir addımda qalması deməkdir.

Digər Asiya valyutaları da təzyiq altındadır. Çinin ofşorda ticarəti həyata keçirilən yuan qarşısında dollara qarşı ucuzlaşıb. 1 dollar 6.6562 yuan olub ki, ki, bu da 2020-ci ilin noyabr ayından bəri ən yüksək səviyyəsidir.

Bu arada dolların indeksində əsas rəqib valyuta avro qısa müddət ərzində 1.0481 dollara kimi beş ildən artıq minimuma çataraq, ay ərzində itkisini 5%-ə çatdırdı ki, bu da 2015-ci ilin əvvəlindən bəri ən pis zərbə alması anlamına gəlir.

Ümumi olaraq avronun 2002-ci ildən bəri əldə olunmayan dollarla paritetə doğru getməsi ilə bağlı spekulyasiyalar artmaqdadır.

Bir faktı da qeyd etməliyik ki, avro 2017-ci ildə 1.034 dollar səviyyəsindən özünə dəstək aldı.

Avropa Mərkəzi Bankı iyul ayında uçot faiz dərəcəsini artırmağa qərar verərsə, ortaq valyuta bir qədər dəstək görə bilər. Düzdür bunun üçün ECB prezidenti Kristin Laqard dünən siqnal da verib, amma onun əsas “dərdi” təkcə inflyasiyanı səngitmək üçün faizləri qaldırmaq deyil. İqtisadiyyatın digər tərəflərinin də axmamamasıdır.  Məsələn, investorlar hesab edirlər ki, Rusiya qazının Avropaya tədarükünün qəfil kəsilməsinin iqtisadi təsiri ECB-ni aqressiv şəkildə pul siyasətini sərtləşdirməkdən çəkindirə bilər.

Dollar üçün mümkün çuxurlardan biri bu gün ABŞ-ın ümumi daxili məhsulu ilə bağlı məlumatlar olacaq. Belə ki, ABŞ iqtisadiyyatının rüblük iqtisadi artımının 1.1% olacağı gözlənilir. Bu öncəki rübdə 6.9% idi.

Oxşar xəbərlər