Sabiq nazir müavini hazırkı məşğuliyyətini AÇIQLADI: “Tar çalıram”

“Hazırda musiqi ilə məşğulam, ud, tar çalıram. Həmçinin idmanla da məşğulam. Səhhətim də yaxşıdır”.

Bunu Unikal.org-a açıqlamasında gənclər və idman nazirinin deyib.

O, idmançılara kömək etdiyini də qeyd edib.

“Ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Pensiyada olan insan başqa nə etməlidir ki? Təklif olarsa, bundan sonra da dövlət qurumlarında çalışmağa və mənə olan etimadı doğrultmağa hazıram. Yəqin ki, məsləhət görülərsə, işlə bağlı təklif də olacaq”, – deyə sabiq nazir müavini bildirib.

Qeyd edək ki, İsmayıl İsmayılov ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Oxşar xəbərlər