Şamaxı və İsmayıllı gəncləri üçün unikal imkan – Yeni layihəyə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyi Şamaxı və İsmayıllı rayonlarında “İlk dəfə əmək fəaliyyətinə başlayacaq region gəncləri üçün məlumat-məsləhət xidmətinin yaradılması” layihəsinə start verir.

Birliyin Mətbuat Xidmətindən verilən məlumata görə, layihə çərçivəsində iştirakçılara əlverişli peşələr, peşə vərdişləri və kodeksləri ilə bağlı mütəxəssislər tərəfindən təlimlər keçiləcək. Təlimi müvəfəqiyyətlə bitirən iştirakçılar sonda sertifikatla təmin ediləcək, onlara İctimai Birlik tərəfindən ərsəyə gətirilən “Gənclərin iqtisadi -əmək fəaliyyətinin əsasları” nəşri, eləcə də çap və təşviqat materialları təqdim olunacaq.

Bildirilib ki, gənclər arasında peşəkarlıq vərdişlərinin artırılması, valideyn himayəsindən məhrum olan uşaqların cəmiyyəti adaptasiyası üzrə ixtisaslaşan ictimai birlik tərəfindən həyata keçirilən layihədə liderliyə və məqsədə gedən yol, işgüzar əlaqələr və biznes kouçinqi ilə bağlı da layihə iştirakçılarına mühazirələr oxunacaq.

 

Oxşar xəbərlər