Sayt rəhbərinin icra nümayəndəsini nə ilə şantaj etdiyi bəlli oldu

“Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun icra nümayəndəsi İsrafil Əliyevi şantaj etməsinin bəzi detalları bəlli olub.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 1500 manat pul aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb.

Oxşar xəbərlər