Koreya lideri öz xalqını aclığa hazırlığa çağırdı

Şimali Koreya lideri Kim Çen In öz vətəndaşlarını “Əmək marşı”na hazırlaşmağa çağırıb.

SOSİUM.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, bu cür çağırışlar KXDR tarixində nadir hadisələrdən sayılır. Belə ki, bununla diktator-rəhbər ölkədə böyük fəlakətlərin yaşandığı 1990-cı illərdəki ağır vəziyyətin geri qayıda biləcəyini etiraf etmiş olub.

“Əmək yürüşü” termini rəsmi Pxenyan tərəfindən ötən əsrin 90-cı illərin ortalarında aclığı xarajterizə emtək üçün istifadə olunur. Həmin vaxt ərzaq çatışmazlığından ölkədə 500 mindən 2 milyona qədər insan ölmüşdü.

Hazırkı situasiya isə koronavirus pandmeiyasının fəsadları ilə bağlıdır. Məlum olduğu kimi Çin Şimali Koreya ilə ticarətdə əsas rol oyanayan ölkə sayılır. Çinlə sərhəddə kütləvi qaçaqmalçılıq nə qədər qəribə olsa da KXDR iqtisadiyyatını ayaqda tutan faktorlardan hesab edilirdi. İndi sərhədlərin bağlanması vəziyyəti mürəkkəbləşdirib.

Şimali Koreyada iqtisaidy situasiyanı pisləşdirən digər amil sərt beynəlxalq birlik tərəfindən tətbiq olunan sanksiyalarla bağlıdır.

“Human Rights Watch” təşkilatın hesabatında artıq Çindən KXDR-ə Şimal Koreyaya iki aydan çoxdur ki ərazq getmədiyi göstərilib. Hazırda orada bir kiloqram qarğıdalının qiyməti dövlətlə məmurlarının bir aylıq maaşından çoxdur. Hələ 2019-cu ildə BMT xüsusi nümayəndəsi Şimali Koreyada keçən quraqlıq səbəbindən aclıq ölümlərinin artacağını xəbər vemrişdi. Bu təhlükə artıq 10 milyon insanı təhdid edir.

Oxşar xəbərlər