Sosial şəbəkələrdən 1 həftə imtina stress və təşviş azaldır

İnternetdən və sosial şəbəkələrdən ayda 1 həftə fasilə insanın psixi sağlamlığına yaxşı təsir edir.

Bakupost.az xəbər verir ki, Bata universitetinin alimləri sosial şəbəkələrdən imtinanın yeniyetmə və gənclərdə təşvişi, qorxunu, depressiyanı 30-40% azaltdığını açıqlayıb.

Analiz üçün 155 nəfər 18 yaşdan yuxarı könüllü insan seçilib. Onların bir qismi həmişəki kimi internetdə aktiv olub, digərləri bir həftə sosial şəbəkələrdən uzaqlaşıb. Onların aktivliyi xüsusi tətbiq vasitəsilə izlənilib.

Könüllülərin psixoloji ruhi sağlamlığını dəyərləndirmək üçün anket aparılıb.

Məlum olub ki, bir həftə sosial şəbəkələrə fasilə verib istirahət edənlər özlərini yaxşı əhval-ruhiyyədə hiss ediblər.

Onların qorxu, təşviş hissi azalıb, baş və göz ağrıları gedib, sərbəst vaxtları çox olduğu üçün təbiətdə olublar.

Digər qrup isə həmişəki kimi özlərini stresli və depressiv hiss edib.

Ona görə də ayda bir dəfə 1 həftə sosial şəbəkə, internet fasiləsi verin.

Oxşar xəbərlər