“Spotify” yeni funksiyalar əlavə etməyə hazırlaşır

Milyonlarla istifadəçi tərəfindən istifadə edilən “Spotify” yeni funksiyalar əlavə etməyə hazırlaşır. “Spotify” uzun müddətdir telefonda musiqi dinləməyi sevənlərin vazkeçilməz tətbiqlərindən biri olub.

İstifadəçilərə yeni musiqilər kəşf etmək, dostları ilə birlikdə musiqi dinləmək və çalğı siyahıları yaratmaq imkanı verən proqram indi musiqisevərləri sevindirmək üçün yeni funksiyalar əlavə edib.

Musiqi dinləyərkən çoxumuz yeni musiqi eşitmək istəyirik. Bəyənə biləcəyiniz mahnılar bu yeni funksiya sayəsində önizləmə kimi görünəcək və siz bəyəndiyiniz mahnıları pleylistinizə əlavə edə biləcəksiniz.

Eyni zamanda, sosial media hesablarınızdan bəyəndiyiniz mahnını paylaşmaq istədiyiniz zaman mahnını birbaşa hekayənizin fonuna əlavə edə biləcəksiniz.

Oxşar xəbərlər