Stressli həyat keçirənlər bu xəbəri oxusun: Alimlər təsdiqlədi

Stresin təsirlərinə yenisi əlavə edilib.

SOSİUM.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, stress səsin dəyişməsinə səbəb ola bilər.

Tədqiqatçılar bir həftə ərzində hər axşam işdən sonra danışan insanların qeydlərini araşdırarkən onlardan həmin gün yaşadıqları stress səviyyəsini bildirmələrini də xahiş ediblər.

Məlum olub ki, iştirakçılar daha çox əsəbi olanda daha sürətli və intensiv danışırlar. Tədqiqatçılar ümid edirlər ki, bu yeni araşdırma ilə insanların gündəlik stress səviyyələrini izləmək və bununla da onların idarəetmə tərzini təkmilləşdirmək mümkün ola bilər.

Tədqiqatın müəllifi Dr. Markus Langer bildirib ki, stress simpatik sinir sistemini aktivləşdirir və bu da öz növbəsində kortizol və adrenalin kimi hormonların istehsalına səbəb olur. Bu, tənəffüs yollarının açılmasına və daha yüksək tənəffüs dərəcəsinə səbəb ola bilər ki, bu da səsin intensivliyini və ya həcmini və danışma sürətini artıra bilər.

Oxşar xəbərlər