Sumqayıt və Lənkəran Ağır Cinayətlər Məhkəmələrinə hakimlər təyin olundu

Sumqayıt və Lənkəran Ağır Cinayətlər Məhkəmələrinə hakim vəzifəsinə təyinat olub.
Baş Prokurorluqdan  verilən məlumata görə, hakimlik vəzifələrinə seçilməklə müsabiqədə müvəffəqiyyət əldə etmiş, Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş Rzayeva Aynur Tapdıq qızı və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləmiş Hüseynov Nahid Nəsir oğlu Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə müvafiq olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Bu münasibətlə Azərbaycan Baş prokuroru Kamran Əliyev iyuıun 4-də Baş Prokurorluğun inzibati binasında qeyd edilən prokurorluq əməkdaşlarını qəbul edib onları prokurorluğun fəxri fərmanı ilə təltif etməklə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Həmçinin, Baş prokuror Kamran Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlunu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə fotoşəkli çəkdirmişlər.

Oxşar xəbərlər