“Şuşada görülən işlər vergidən azad edilsin”

“Şuşa şəhərinin kəndlərinin işğal altında olması gələcəkdə Şuşanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərməsinə əngəllər yarada bilər”.

SOSİUM.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov bu gün Milli Məclisin iclasında Şuşa şəhəri haqqında qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.

Deputat bildirib ki, Şuşa şəhəri haqqında qanun layihəsi bizim üçün vacib məsələdir:

“Layihədə əsas istiqamətlər cənab Prezident tərəfindən düzgün müəyyənləşdirilib. Bu, beynəlxalq əhəmiyyətə malik olan sənəddir. Hesab edirəm ki, bundan sonra bədnam qonşularımız Şuşa şəhəri haqqında iddialarından əl çəkəcəklər. Bilirsiniz ki, Şuşanın 37 kəndi var və bunlar çox əhəmiyyətli kəndlərdir. Bu kəndlərdə hazırda ermənilər yaşayır və sülhməramlılar fəaliyyət göstərir.

Şuşa şəhərinin kəndlərinin işğal altında olması gələcəkdə Şuşanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərməsinə əngəllər yarada bilər. Bu kəndlərin işğal altında olması ermənilərə müəyyən impuls yarada bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Onun idarəetmə məsələsi qanunda əksini tapsa yaxşı olar. Bu barədə hüquqşünaslar, həmkarlarımız fikirləşsin”.

Deputat həmçinin 3 il müddətində Şuşa şəhərində aparılan işlərin vergidən azad edilməsini də təklif edib.

Oxşar xəbərlər