Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI

Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılmasına münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə o öz “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir.

Zəhmət olmasa, sözlərimi yozmayın.

  1. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
  2. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.
  3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.
  4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm mərkəz, həm assosiasiya müqaviləni dəstəkləyir.
  5. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik.

Başqa jurnalist yozmalarına inanmayın”.

Oxşar xəbərlər