Taksi sürücülərinin DİQQƏTİNƏ – 50 manat cərimə oluna bilərsiniz VİDEO

Müşahidələrimizə görə, təhlükəsizlik kəmərinin yoxluğu  taksi fəaliyyəti göstərənbir çox nəqliyyat vasitələrində əsl problemə çevrilib. Xüsusilə Rusiya istehsalı olan avtomobillərdə belə hallarla daha çox qarşılaşırıq. Ancaq oxşar problemə digər nəqliyyat vasitələrində də rast gəlinir.

Nəqliyyat məsələlələri üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik kəməri olmayan avtomobil texniki baxışdan keçirilməməlidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, təhlükəsizlik kəmərlərinin olmaması avtomobilin konstruksiyalarının nasazlığı kimi qiymətləndirilir. Bununçün də qanunda sürücüyə 50 manat cərimə nəzərdə tutulub.

Oxşar xəbərlər