“Thales” Rusiyadakı fəaliyyətini dayandırır

Fransanın “Thales” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Bu barədə şirkətin nümayəndəsi Vanessa Viala bildirib.

“Biz təsdiq edə bilərik ki, “Thales” Rusiyadan gedir”, – deyə nümayəndə qeyd edib.

Qeyd edək ki, “Thales” şirkəti rabitə, kibertəhlükəsizlik və böyük həcmdə məlumatlar sahələrində yüksək texnologiyalı inkişaflar üzrə ixtisaslaşıb. Şirkət eyni zamanda bank kartları üçün təhlükəsizlik modullarının istehsalı ilə də məşğuldur.

Oxşar xəbərlər