Səhiyyə işçilərinin də 90 faizi peyvənd olunub

Tibb işçilərinin 90 faizi vaksinasiya olunub. Təhsil sektorunda çalışanların vaksinasiya statistikası bu rəqəmə yaxınlaşır.

SOSİUM.az xəbər verir ki, bunu səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, son günlər xəstəxanada olan koronavirus xəstələrinin sayı azalır.

“Reanimasiyada olan yaşlı xəstələrin sayı azalsa da, bu əhəmiyyətli göstərici deyil. Bu da yaşlı qrupun xəstəliyi ağır formada keçirməsi ilə əlaqədardır”.

Oxşar xəbərlər