TN: Bəzi müəllimlər uşaqları həddən artıq ev tapşırığı ilə yükləyir

Ümumtəhsil məktəblərində təhsil proqramının ağır olması məsələsinə aydınlıq gətirilib.

SOSİUM.az xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, proqram yüklü deyil:

“Sadəcə bəzi müəllimlər var ki, uşaqları həddən artıq ev tapşırığı ilə yükləyir. 45 dəqiqə şagirdin öyrənməsi üçün kifayətdir. Müəllim metodikanı düzgün seçəndə, tapşırıqları düzgün verəndə uşaq da yaxşı qavrayır. Biz müəllimlərlə bu sahədə işləməliyik”.

Oxşar xəbərlər