“Azərbaycanda toyuq dönərinə qadağa qoyulmayıb”.
SOSİUM.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, toyuq dönərlərinin hazırlanması haqqında standartlar var idi:
“Müvafiq qurum ləğv olunandan sonra həmin standartlar könüllülük fəaliyyəti daşıyır. Toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır”.