Türk Hava Yolları biletləri rublla almağa icazə verib

Türk Hava Yollarının internet saytında “Ödəniş metodunu seçin” bölməsində kredit və ya debet kartı seçərkən Rusiyanın milli ödəniş sistemi “Mir”in adı görünür. Biletin dəyərini ödəyərkən Çinin “UnionPay” ödəniş sistemindən də istifadə etmək mümkündür.

Əvvəllər aviaşirkət biletləri rublla ödəmək imkanını məhdudlaşdırırdı.

Rusiya vətəndaşları Visa və Mastercard ödəniş sistemlərinin kartlarını ölkəni tərk etdikdən sonra ödəniş etmək üçün istifadə edilə bilməzlər. Bu səbəbdən ruslar üçüncü ölkələrə bilet ala bilmirdilər.

Oxşar xəbərlər