Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda – DAVAM EDİR

Dollar/Türk Lirəsi (TL) məzənnəsi yüksəlməkdə davam edir. Həftənin ikinci ticarət günündə dollar/TL məzənnəsi 2%-ə qədər yüksəlib.

SOSİUM.az xəbər verir ki, dollar/TL məzənnəsi 2 faiz artaraq 15,88 səviyyəsini test edib (Bakı vaxtı ilə saat 12:30-a olan məlumat).

Dollar/TL 10 gün əvvələ qədər iki ay ərzində 14,5-15 dəhlizində idi. Qlobal bazarlarda mərkəzi abnkların faiz artırmalarından qaynaqlanan tənəzzül qorxusu və satış təzyiqinin gücləndiyi son 2 həftədə Türk Lirəsi dollar qarşısında 5 faiz dəyər itirib. (Marja)

Oxşar xəbərlər