Türkiyə vətəndaşlığa müraciət şərtlərində – DƏYİŞİKLİK EDİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında əcnəbilərin ölkə vətəndaşlığı ala bilməsi üçün lazım olan daşınmaz əmlakın dəyərinin artırılması məsələsi müzakirə edilib.

 SOSİUM.az xəbər verir ki, iclasda Türkiyə vətəndaşlığına müraciət üçün alınacaq daşınmaz əmlakın dəyərinin 250 min dollardan 400 min dollara qaldırılmasına qərar verilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan 250 min dollara endirilmişdi.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən bu günə kimi Türkiyədən 5000-ə yaxın əcnəbi vətəndaş daşınmaz əmlak əldə edib. (Trend)

Oxşar xəbərlər